
ATU-nun əməkdaşı Rusiyada konfransda iştirak edib
Ali təhsil və səhiyyə ictimaiyyətinin qlobal elmi uğurlarını, beynəlxalq əməkdaşlıqlarını və tibb təhsilindəki mühüm yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil sahəsindəki aktual hadisələrdən, nüfuzlu tədbirlərdən və rəsmi xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Tibb Universitetinin əməkdaşı Rusiyanın Stavropol şəhərində keçirilən “Şimali Qafqazda uşaq yaşlarda cərrahiyyənin, onkologiyanın, anesteziologiya və reanimatologiyanın aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Direktor.az xəbər verir ki, universitetin Usaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov konfransın Təşkilat Komitəsinin üzvü olmaqla yanaşı, beynəlxalq tədbirdə çıxış edib. O, konfransın əhəmiyyətindən, elmi və praktiki əməkdaşlığın genişləndirilməsindən, eləcə də Rusiya-Azərbaycan dostluq münasibətlərindən danışıb.
Altı ölkədən aparıcı alimlər, səhiyyə nümayəndələri və praktik həkimlərin qatıldığı tədbirdə uşaq cərrahiyyəsi, onkologiya, ortopediya, travmatologiya və reanimatologiyanın aktual məsələləri müzakirə olunub.
Konfrans çərçivəsində iştirakçılara müasir cərrahi texnologiyalar real vaxt rejimində nümayiş etdirilib, yaraların müalicəsi və patoloji çapıqların korreksiyası üzrə master-klasslar keçirilib. Mürəkkəb cərrahiyyələrin planlaşdırılmasında süni intellekt və 3D texnologiyalarının tətbiqi də əsas müzakirə mövzularından olub.
Tədbirin son günündə nadir və mürəkkəb klinik hallar interaktiv formatda təhlil edilib, həkimlər simulyator və biomodellər üzərində praktiki bacarıqlarını təkmilləşdiriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin