
Təhsil İnstitutunda Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan seminar keçirilib
Məktəblilərdə tarixi yaddaşın möhkəmləndirilməsinə xidmət edən tədbirləri, akademik araşdırmaları izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki elmi-pedaqoji layihələr, rəsmi tövsiyələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə 70 nömrəli məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Seminarda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova və pedaqogika üzrə fəlsəfə doktoru, böyük elmi məsləhətçi Lalə Əsədova F.Xoyskinin Azərbaycan dövlətçilik tarixindəki rolu ilə bağlı təqdimatlarla çıxış ediblər. Seminarda yuxarı sinif şagirdlərinin iştirakı ilə müzakirələr aparılıb, tarixi şəxsiyyətlərin irsinin mənbələr əsasında dərindən öyrənilməsinin vacibliyi vurğulanıb və şagirdlərə tövsiyələr verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

