
OYU ilə İsveçrə universiteti arasında akademik əməkdaşlıq
Ali məktəblərimizin qlobal tərəfdaşlıq əlaqələrini, beynəlxalq təhsil imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Tələbələr üçün qlobal perspektivlər, rəsmi akademik yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universiteti ilə İsveçrənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan SBS Swiss Business School arasında beynəlxalq akademik əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində onlayn görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə OYU-dan bildirilib. Görüşdə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, PhD Aydın Əliyev iştirak ediblər. SBS Swiss Business School-un Akademik Dekanı, professor Dr. Bert Wolfs ilə keçirilən görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri, birgə akademik layihələrin həyata keçirilməsi, tələbə və akademik heyət mübadiləsi, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı universitetlər arasında institusional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumunun (MoU) imzalanması məsələsi də gündəmə gəlib və bu istiqamətdə razılıq əldə olunub. Memorandumun imzalanmasının birgə akademik təşəbbüslərin həyata keçirilməsinə, təcrübə mübadiləsinin genişləndirilməsinə və Odlar Yurdu Universitetinin tələbələri üçün yeni beynəlxalq təhsil imkanlarının yaradılmasına töhfə verəcəyi gözlənilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

