
Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün kurs keçirilib
Ali təhsil müəssisələrimizin beynəlxalq əməkdaşlıq təşəbbüslərini, akademik təcrübə mübadilələrini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərarası inteqrasiya prosesləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə Qazaxıstanın ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün ikigünlük təkmilləşdirmə kursu təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. “Qlobal təhsil: transformasiya, innovasiya və peşəkar səriştələrin inkişafı” adlı kursda Lev Qumilyov adına Avrasiya Milli Universiteti, S.D. Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti, Mərkəzi Asiya İnnovasiya Universitetinin professor-müəllim heyəti və “Altın Qasır” Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib. Universitet tarixində ilk olan kursun məqsədi müasir ali təhsilin aktual məsələlərini müzakirə etmək, elmi-pedaqoji təcrübə mübadiləsini genişləndirmək, innovativ tədris yanaşmalarını təşviq etmək və beynəlxalq akademik əməkdaşlığın inkişafına töhfə vermək olub.
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski, kafedranın əməkdaşları - dosent Elmira İsmayılova, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov və Dünya Əhədovanın apardığı təlimlərdə ali təhsil sahəsində baş verən dəyişikliklər, innovativ tədris yanaşmaları və peşəkar səriştələrin inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub. Təqdimatlar, interaktiv müzakirələr və təcrübə mübadiləsi formatında təşkil olunan təlimlərdə iştirakçılar öz təcrübələrini bölüşüb, müxtəlif tədris yanaşmalarını müqayisə edib, ali təhsilin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Beləliklə, kurs Azərbaycan və Qazaxıstanın ali təhsil mühitləri arasında qarşılıqlı öyrənmə və akademik təcrübə paylaşımı üçün platforma rolunu oynayıb.
Səfər çərçivəsində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və Mərkəzi Asiya İnnovasiya Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Janar Sapargəliyevna arasında görüş keçirilib. Görüşdə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Təkmilləşdirmə kursu universitetin akademik və elmi-pedaqoji potensialının beynəlxalq auditoriyaya təqdim edilməsi, universitetlərarası əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı baxımından əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
