
BDU-da “Zəfər sədaları” adlı konsert keçirilib
Ali təhsil müəssisələrində keçirilən vətənpərvərlik və mədəniyyət layihələrini, gənclərin yaradıcılıq təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı ən son fəaliyyətlər, elmi-mədəni tədbirlərdən məlumatlı olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universiteti (BDU), Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbi və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər ayı” layihəsi çərçivəsində “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, muğam sənətinin milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğindəki xüsusi rolundan bəhs edib. O, gənc nəslin milli musiqi irsinə marağının artırılmasının, bu sənətin yaşadılaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbinin direktoru Lətifəxanım Əliyeva çıxışında Vətən müharibəsində əldə olunan Qələbənin xalqımızın tarixindəki müstəsna yerindən danışıb. O, tarixi Zəfərin mədəni tədbirlər, xüsusilə milli musiqi və incəsənət nümunələri vasitəsilə qeyd olunmasının əhəmiyyətini diqqətə çatdıraraq konsert proqramının təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Proqramın bədii hissəsində İncəsənət Məktəbinin şagirdləri tərəfindən müxtəlif musiqi alətlərində “Azərbaycan ritmləri”, “Azərbaycanım”, “Qaytağı”, “Vətən yaxşıdır” və “Mənim Azərbaycanım” musiqi nümunələri ifa olunub, həmçinin rəqs və kompozisiya nömrələri təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

