
Mil-Muğan məktəblərində “Uşaq Hüquqları Aylığı” keçirilir
Şagirdlərin hüquqi biliklərinin artırılmasına, şəxsi inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki aktual layihələr, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan RTİ-dən bildirilib. Tədbirlər oktyabrın 20-dən noyabrın 20-dək ombudsman tərəfindən həyata keçirilir.
Uşaqların hüquqlarının qorunması, onların hüquqi biliklərinin artırılması və bu sahədə məlumatlılığının gücləndirilməsi məqsədi daşıyan tədbirlər şagirdlərin öz hüquq və vəzifələrini daha yaxşı tanımalarına, cəmiyyətdə məsuliyyətli mövqe formalaşdırmalarına töhfə verir.
Aylıq çərçivəsində məktəblərdə dəyirmi masalar, mövzuya dair açıq dərslər, müsabiqələr və interaktiv təqdimatlar təşkil olunur. Bu tədbirlər zamanı şagirdlər uşaq hüquqları, bərabərlik, azadlıq, hüquq və vəzifələr, eləcə də uşaqların müdafiəsi ilə bağlı mövzular ətrafında müzakirələr aparır, öz fikir və düşüncələrini bölüşürlər.
Maarifləndirici görüşlər uşaqların yalnız hüquqlarını öyrənməsinə deyil, həm də qarşılıqlı hörmət, bərabərlik və məsuliyyət prinsiplərini mənimsəməsinə şərait yaradır. Eyni zamanda, onların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin vacibliyi diqqətə çatdırılır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

