
Məktəb direktorları ilə Keyfiyyət Fəaliyyət Planına dair görüşlər keçirilib
Regional təhsil idarələrinin fəaliyyəti, məktəb idarəçiliyi, tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş tədbirləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son hesabatlar, regional görüşlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 20-də Zaqatala və Balakən rayonlarında “Keyfiyyət üzrə fəaliyyət planı”nın icrası ilə bağlı görüşlər keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib. Görüşlərdə Şəki-Zaqatala RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov, rayon təhsil sektorlarının müdirləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüşlər zamanı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov “Keyfiyyət üzrə fəaliyyət planı” üzrə görülən işlərə dair təhlillərə əsaslanan hesabat xarakterli təqdimatla çıxış edib. Sektor müdiri əldə olunan nəticələr və qarşıya çıxan problemlər barədə məlumat verərək ümumtəhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Təqdimat çərçivəsində IV və VI siniflər üzrə monitorinqlərin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri, məktəblərin özünüqiymətləndirməsi, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikası, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə işin təşkili və müəllimlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sonda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin