
AzMİU tələbəsi “Replit Hackathon 2” müsabiqəsində birinci olub
Tələbələrimizin texnoloji startapları, hakatondakı nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Ali məktəblərimizin gənclərinin uğurları, texnoloji layihələr və maarif sistemindəki bütün yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, İnnovativ biznes inkubator şöbəsinin aktiv üzvü Akif Kərimov komanda yoldaşları ilə birlikdə “Replit Hackathon 2” müsabiqəsində I yerə layiq görülüb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Komanda müsabiqə çərçivəsində 3D dizayn prosesindən birbaşa rəqəmsal satınalmaya keçidi təmin edən “Struktur” adlı süni intellekt platforması ilə uğur qazanıb. Bu kimi nailiyyətlər tələbələrin innovativ düşüncə tərzinin, texnoloji biliklərinin və praktiki bacarıqlarının real layihələr üzərində tətbiqi potensialını göstərir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin