
Eşqi Bağırov vətəndaşları qəbul edəcək
Vətəndaş qəbulları, təhsil idarəçiliyi və maarif-təhsil sistemindəki bütün mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son rəsmi elanlar, vətəndaş müraciətləri və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 28-də Goranboy rayonunda vətəndaşları qəbul edəcək.
Direktor.az xəbər verir ki, qəbulda Daşkəsən, Gəncə, Goranboy, Göygöl, Naftalan və Samux rayonlarının sakinləri iştirak edə bilərlər. Həmin rayonların sakinləri oktyabrın 23-ü saat 18:00-dək Çağrı Mərkəzinin 146 – 2 nömrəli telefonuna zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, https://www.edu.gov.az ünvanında yerləşən “Əlaqə” bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin