
AGMA “Süni intellektin təhsildə rolu” mövzusunda təlim keçirib
Gənc pedaqoqların peşəkar inkişafı, müasir təhsil texnologiyaları, regional təlimləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki innovativ layihələr, müəllim təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Assosiasiyanın Mingəçevir şəhəri üzrə koordinatoru Dürdanə Kərimovanın təqdimatı ilə Mingəçevirdə süni intellektin təhsildə tətbiqinə həsr olunmuş maarifləndirici təlim keçirildi.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. Təlim zamanı aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılıb:
- Süni intellekt alətlərinin tədris prosesinə inteqrasiyası;
- Müəllimlərin rəqəmsal və texnoloji bacarıqlarının inkişafı;
- Rəqəmsal təlim mühitinə uyğunlaşma;
- Müasir və interaktiv tədris metodlarından səmərəli istifadə.
Praktik nümunələrlə zəngin olan təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında faydalı fikir mübadiləsi aparılıb və süni intellektin təhsil prosesində yaratdığı imkanlar müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin