
Məktəblərdə hər 1000 şagirdə cəmi bir psixoloq düşür
Məktəblərdə psixoloji xidmətin təşkili, tədris planlarındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji proseslə bağlı rəsmi açıqlamalar, ekspert rəylərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycanda məktəblərin psixoloqlarla mövcud təminatı kifayət deyil. Hazırda hər 1000 şagirdə cəmi bir psixoloq düşür.
Direktor.ax Modern.az-a istinadla xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini qeyd edib ki, məktəblərdə psixoloji xidmətin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı 2028-ci ildən yeni təşəbbüslər nəzərdə tutulur.
“Psixoloji xidmətin əhatə dairəsinin genişləndirilməsinin vacibliyi ilə razılaşıram. Bu istiqamətdə müəyyən planlar olsa da, aidiyyəti qərarlar qəbul edilmədiyindən hələlik onların açıqlanması mümkün deyil. 2028-ci ildən təşəbbüslərimiz olacaq”, – deyə o bildirib.
K.Kərimzadə əlavə edib ki, 400 məktəbdə “Məktəbli dostu” layihəsi həyata keçirilib, sosial pedaqoqlar da bu istiqamətdə fəaliyyət göstərirlər.
Nazir müavini Bakı, Sumqayıt və Abşeronda məktəblərdəki şagird sıxlığına da münasibət bildirib. Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri əhalinin bu ərazilərə axınıdır.
“Bəzi hallarda valideynlər yaxınlıqdakı daha az sıxlığı olan məktəblərə deyil, məhz seçdikləri təhsil müəssisələrinə üstünlük verirlər. Bu isə məktəblər arasında şagird sıxlığının qeyri-bərabər bölüşdürülməsinə səbəb olur”, – deyə K.Kərimzadə vurğulayıb.
O qeyd edib ki, problemin həlli üçün Bakı, Abşeron və Sumqayıtda yeni məktəblər tikilir və digər tədbirlər görülür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

