
Məktəblilər arasında Qərbi Azərbaycanın tarixi abidələri ilə bağlı müsabiqə keçirilib
Məktəblilərimizin milli-mənəvi layihələrini, regional təhsil tədbirlərini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil müəssisələrindəki yaradıcılıq müsabiqələri, rəsmi nəticələrdən xəbərdar olmaq üçün bizi izləyin.
2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar məktəblilər arasında “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” adlı müsabiqə keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib. Qərbi Azərbaycan İcmasının təşəbbüsü və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunan müsabiqə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarını əhatə edib. Müsabiqənin seçim mərhələsi çərçivəsində şagirdlər Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən abidələrin maketlərini hazırlayaraq təqdim ediblər. Şagirdlərin böyük maraq və yaradıcılıqla ərsəyə gətirdikləri maketlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib. Seçim mərhələsinin nəticələrinə uyğun olaraq müsabiqənin əsas mərhələsində iştirak edəcək komandalar müəyyənləşdirilib.
Müsabiqə məktəblilərin tarixi-mədəni irsimizə daha yaxından bələd olmalarına, Qərbi Azərbaycanın tarixi abidələri haqqında biliklərini genişləndirmələrinə və milli-mənəvi dəyərlərimizə bağlılıqlarının gücləndirilməsinə töhfə verir. Eyni zamanda, şagirdlərin yaradıcı yanaşma, araşdırma və komanda şəklində işləmək bacarıqlarının inkişafına imkan yaradır. Müsabiqənin əsas məqsədi şagirdlər arasında Qərbi Azərbaycanın tarixi abidələrinin tanıdılması, tarixi irsimizə marağın artırılması, eləcə də məktəblilərin yaradıcılıq və tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

