
Şəmkirdə təmayül siniflər üzrə mövzu sınağı keçirilib
Region məktəblərində yeni təmayül modellərinin tətbiqini, şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil müəssisələrindəki sınaq imtahanları, monitorinq tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, yeni təmayül tədris modelinin tətbiq olunduğu Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə mərkəzləşdirilmiş qaydada mövzu sınağı keçirilib.
Direktor.az xəbər verir ki, bu sınaqda ümumilikdə 169 şagird iştirak edərək Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə test tapşırıqlarını cavablandırıb. Üç saat davam edən sınağın əsas məqsədi şagirdlərin tədris olunan mövzular üzrə bilik və bacarıqlarının mənimsənilmə səviyyəsini müəyyənləşdirmək, təlim nəticələrini təhlil etmək və mövcud öyrənmə çətinliklərini aşkar etməkdir. Əldə olunan nəticələrin təhlili əsasında tədris prosesinin təkmilləşdirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

