
Mil-Muğan RTİ-də məktəb rəhbərləri ilə görüş keçirilib
Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki dəstək layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizin keyfiyyət təminatı, regional idarəetmə tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin metodistləri və onların çalışdıqları məktəblərin rəhbərləri ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan RTİ-dən bildirilib. Görüşün əsas məqsədi ümumi təhsil müəssisələrində metodiki işin keyfiyyətini yüksəltmək, müəllimlərin peşəkar inkişafını dəstəkləmək və təlim prosesinin daha səmərəli təşkilinə nail olmaq olub.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili çıxış edərək məktəbdaxili metodiki işin təşkilində metodistlərin üzərinə düşən vəzifələrdən və onların tədrisin keyfiyyətinin yüksəldilməsindəki rolundan danışıb.
Qeyd olunub ki, müəllimlərin peşəkar potensialının inkişaf etdirilməsi, dərslərin mütəmadi dinlənilməsi, təlim prosesinin metodiki baxımdan təhlili və müəllimlərə fərdi yanaşma əsasında tövsiyələrin verilməsi metodiki fəaliyyətin əsas istiqamətlərindəndir. Bildirilib ki, metodistlərin işi yalnız dərslərin dinlənilməsi və təhlili ilə məhdudlaşmamalı, müəllimlərin peşəkar inkişafına istiqamət verən, onların təcrübə və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradan davamlı dəstək mexanizmi kimi qurulmalıdır.
Bəhruz Nəbili metodistlərin fəaliyyətinin məktəblərin real ehtiyacları əsasında planlaşdırılmasının, müəllimlərin qarşılaşdıqları çətinliklərin vaxtında müəyyən edilməsinin və onların aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparılmasının vacibliyini vurğulayıb. Qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verib.
Daha sonra metodiki işin təşkili zamanı qarşıya çıxan çətinliklər, metodistlərin fəaliyyətində müşahidə olunan problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

