
Mingəçevir Dövlət Universitetinin tələbəsi beynəlxalq turnirdə qızıl medal qazanıb
Tələbələrin nailiyyətləri, gənclərin uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Tələbə həyatındakı qabaqcıl idman uğurları, rəsmi elanlar xəbərdar olmaq üçün bizi izləyin.
Mingəçevir Dövlət Universitetinin “Turizm bələdçiliyi” ixtisasının IV kurs tələbəsi Tunar Axundzadə Türkiyənin İstanbul şəhərində Kyokuşinkay karate və ciyutaydo üzrə keçirilən “Jiyutaido World Championship” dünya çempionatında gənclər arasında iki rəqibini üstələyərək 85 kq-dan yuxarı çəki dərəcəsində birinci yerə layiq görülüb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatda gənclər və böyüklər arasında 25 ölkədən 220-yə yaxın idmançı iştirak edib.
Görüşdə Tunar Axundzadənin beynəlxalq yarışda qazandığı nailiyyət yüksək qiymətləndirilib. Onun uğuru tələbələrin ali təhsillə yanaşı, idman bacarıqlarını inkişaf etdirməsi və beynəlxalq yarışlarda öz potensialını nümayiş etdirməsi baxımından nümunədir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

