
“Parla” proqramına 2020 müraciət daxil olub
Təqaüd proqramları, mentorluq və təlim layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki yeniliklərdən hər xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı ilə həyata keçirilən IV “Parla” təqaüd və inkişaf proqramının müsahibə mərhələsinə başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Bu il proqrama ümumilikdə 2020 müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi nəticəsində 228 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Müsahibələr zamanı namizədlərin fərdi məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti, şəxsi inkişaf potensialı və proqramın müəyyən etdiyi digər meyarlar nəzərə alınır. Yekun seçim namizədlərin müsahibə mərhələsində göstərdikləri nəticələr əsasında aparılacaq.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı qızların təhsil imkanlarının genişləndirilməsini, onların akademik və şəxsi inkişafının dəstəklənməsini, eləcə də gələcək karyera perspektivlərinin gücləndirilməsini hədəfləyir. Proqram çərçivəsində iştirakçılara təqaüdlə yanaşı, ingilis dili və IELTS hazırlığı, mentorluq, təlimlər və peşəkar inkişaf imkanları təqdim olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
