
Müəllim çatışmazlığı üçün həll: daha 40 məktəb hibrid təhsilə keçəcək
Region məktəblərində müəllim çatışmazlığının aradan qaldırılmasını, onlayn dərslərdə müəllimlərin iştirakını haqqında məlumat üçün direktor.az-a abunə olun. Təhsildə keyfiyyətin artırılmasına yönəlmiş layihələri, rəqəmsal islahatları və rəsmi elanları vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
“Keçən tədris ilindən artıq pilot qaydada hibrid təhsilə başladıq. Bu, ucqar kəndlərdə şagird sayı az olan məktəblərdə şagirdlərin keyfiyyətli təhsilə çıxış imkanlarının artırılması üçün həyata keçirilən layihədir. Pilot qaydada 8 müəssisədə tətbiq edildi”.
Direktor.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
V.Xanlarov açıqlamasında bildirib ki, bu ildən əlavə 40 müəssisənin də əlavə olunması gözlənilir:
“Bu məktəblər müəllim çatışmazlığı və az sayda şagird tədris alan məktəblərdir. Həmin şagirdlərin Bakı şəhərində və ya regionlardakı böyük məktəblərdə çalışan müəllimlərin imkanlarından yararlanmasını təmin edəcəyik. Bu da ilk növbədə ona xidmət edir ki, təhsilin keyfiyyəti artsın, bu şagirdlər daha yaxşı məzmuna və daha təkmil infrastruktura çıxış əldə etsinlər”.
Onun sözlərinə görə, hibrid təhsil həyat keçirilən rayonlarda və kəndlərdə, ilk növbədə, infrastrukturu təmin edilib:
“Yəni bu müəssisələr internet şəbəkəsi ilə təmin olunur. Məktəb daxilində bütün avadanlıq təminatı təchiz olunur və eyni zamanda bu müəssisələr digər məktəblərlə, belə demək olarsa,qardaşlaşır. Həmin məktəblərin müəllimləri bu məktəbin şagirdlərinə tədrisi aparırlar. Yəni burda ilk növbədə biz infrastruktur və bağlantı problemlərini aradan qaldırırıq və daha sonra bu məktəbləri təmin edirik.
Şagirdlər onlayn dərslərə məktəbdə qoşulurlar. Eyni zamanda həmin müəssisələrdə olan müəllimlər də prosesdə fasilitator kimi iştirak edirlər. Onlar öz dərslərini tədris etməyə davam edirlər və məktəbdən şagirdlər digər müəssisənin keçdiyi dərsə qoşula bilirlər”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin