
“Dövlət qulluqçusunun yalnız öz sahəsini bilməsi kifayət deyil” - Məleykə Abbaszadə
Türk dünyasında insan kapitalının gücləndirilməsi, institusional əməkdaşlıq modellərini haqqında məlumat üçün direktor.az-a abunə olun. Rəqəmsal transformasiya, vətəndaşyönümlü idarəetmə mexanizmləri və beynəlxalq tərəfdaşlıq təşəbbüslərini izləmək üçün bildirişləri aktiv edin.
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Xankəndidə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşünü keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Görüşdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının aidiyyəti dövlət qurumlarının və dövlət qulluğu üzrə akademiyalarının, həmçinin Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər.
Görüşün əsas mövzusu “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” olub.
Məleykə Abbaszadə bildirib ki, bu gün dövlət qulluqçusunun yalnız öz fəaliyyət sahəsini və qanunvericiliyi bilməsi kifayət deyil.
“Rəqəmsal savadlılıq, məlumatları təhlil etmək, etibarlı məlumatı dezinformasiyadan ayırmaq, süni intellekt alətlərindən məsuliyyətlə istifadə etmək, dəyişən şəraitdə çevik qərar vermək və bütün bunlarla yanaşı yüksək etik məsuliyyət daşımaq müasir dövlət idarəçiliyinin vacib kompetensiyalarına çevrilir.
Məhz buna görə rəqəmsal transformasiya, ilk növbədə, insan kapitalının transformasiyasıdır. Texnologiyanın imkanları nə qədər artsa da, onun dövlət və vətəndaş üçün hansı nəticəni yaradacağını müəyyən edən yenə insandır”
O bildirib ki, son günlər Türk dünyasının gələcəyi ilə bağlı aparılan müzakirələrdə də bəzi məqamlar xüsusilə önə çıxır.
“Analitik mərkəzlər ideyalar, inkişaf modelləri və gələcəyə dair proqnozlar formalaşdırırlar. Lakin bu ideyaları real dövlət siyasətinə və vətəndaşlarımız üçün hiss olunan nəticələrə çevirən institutlar və həmin institutlarda çalışan insanlardır. Buna görə türk dövlətləri arasında əməkdaşlığın insan kapitalı, dövlət qulluğu və kadr idarəçiliyi sahəsində daha institusional və praktik müstəviyə keçməsini vacib hesab edirəm”.
Bugünkü görüşdə müxtəlif ölkələrin nümayəndələri öz təcrübə və təkliflərini bölüşüblər.
O sonda əlavə edib ki, fərqli təcrübələrə və rəqəmsal inkişaf səviyyələrinə malik olsaq da, bizi birləşdirən əsas məqsəd eynidir: texnologiyanın imkanlarından istifadə etməklə daha şəffaf, səriştəli, ədalətli və insanmərkəzli dövlət idarəçiliyi sistemləri qurmaq.
İnanıram ki, Xankəndidə davam etdirdiyimiz bu dialoq Türk dünyasında insan kapitalının inkişafı və dövlət qulluğu sahəsində daha sistemli, praktik və uzunmüddətli əməkdaşlığın əsasını daha da möhkəmləndirəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin