
Müəllimlərin sertifikatlaşdırılmasına dəstək üçün vebinar keçiriləcək
Məktəbəqədər təhsildə sertifikatlaşdırma qaydaları, metodiki resurslar, bağça müəllimlərinin peşəkar inkişafını izləmək üçün direktor.az-a abunə olun. Tədrisin təşkili, ARTİ-nin təlim layihələrindən məlumatlı olmaq üçün bizi izləyin.
Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 22 oktyabr saat 15:00-da “Sərbəst fəaliyyət və fəaliyyətlərarası keçidlər” mövzusunda vebinar keçirəcək.
Direktor.az xəbər verir ki, vebinarda spiker qismində Özbəkistan Milli Pedaqoji Universitetinin müstəqil tədqiqatçısı, məktəbəqədər təhsil üzrə mütəxəssis Səbinə Rəhimova və Bakı şəhəri 349 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülnar Əliyeva çıxış edəcəklər. Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin