
OYU-da beynəlxalq ticarət və davamlı inkişaf mövzusunda elmi-metodik seminar keçirilib
Ali təhsil müəssisələrimizdə elmi-tədqiqat mühitinin gücləndirilməsi, professor-müəllim heyətinin akademik fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki elmi seminarlar, akademik təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində “Beynəlxalq ticarət sistemində Azərbaycanın davamlı inkişaf prioritetləri” mövzusunda elmi-metodik seminar keçirilib. Seminarda Heydərov Pünhan müəllim mövzu üzrə çıxış edib. Tədbirdə Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimləri iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seminar çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar öz irad və təkliflərini bildiriblər. Mövzunun aktuallığı nəzərə alınaraq beynəlxalq ticarət sistemi və Azərbaycanın davamlı inkişaf prioritetləri ilə bağlı geniş informasiya mübadiləsi həyata keçirilib.Elmi-metodik seminar aktual iqtisadi məsələlərin müzakirəsi, elmi yanaşmaların bölüşülməsi və akademik fikir mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin