
SDU-da tədrisin keyfiyyəti və rəqəmsallaşma məsələləri müzakirə olunub
Ali təhsil müəssisələrimizdə innovativ idarəetmə həlləri, elektron sənəd dövriyyəsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin inkişaf strategiyası, tədris prosesinin modernləşdirilməsindən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) struktur rəhbərlərinin iştirakı ilə keçirilən iclasda 2026–2027-ci tədris ilinin prioritetləri, tədrisin keyfiyyətinin yüksəldilməsi və rəqəmsallaşmanın uniersitetin fəaliyyətinin effektivliyinin yksəldilməsinə təsiriri məsələləri müzakirə olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. İclasda Elmi Şuranın qərarlarından irəli gələn vəzifələrin icra vəziyyəti, tədris prosesinin müasir tələblərə uyğun təşkili, eləcə də təhsilin keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib. Beş tədris həftəsi üzrə monitorinq göstəriciləri təhlil edilərək tədris prosesinin cari vəziyyəti və keyfiyyət göstəriciləri qiymətləndirilib. Qeyd olunub ki, tələbəyönümlü təhsil modelinin inkişafı rəqəmsal həllərin tədris prosesinə inteqrasiyasının dərinləşdirilməsini və müasir idarəetmə texnologiyalarından səmərəli istifadəni tələb edir. Rəqəmsal transformasiya çərçivəsində elektron təhsil sisteminin tətbiqi nəticəsində 1800-dən çox ənənəvi kağız jurnal elektron platforma ilə əvəz olunub.formata keçirilməsi vurğulanıb. Bu yenilik rəqəmsal sənəd dövriyyəsinin optimallaşdırılmasına, məlumatların operativ emalına, idarəetmədə şəffaflığın artırılmasına və tədris prosesinin real vaxt rejimində monitorinqinə imkan yaradıb. Akademik heyət sistemin tətbiqini müsbət qiymətləndirərək onun tədris fəaliyyətinin təşkilini asanlaşdırdığını, inzibati iş yükünü azaltdığını və gündəlik proseslərin səmərəliliyini artırdığını bildirib. İclasın yekununda tədris prosesinin təkmilləşdirilməsi, rəqəmsal infrastrukturun imkanlarından səmərəli istifadə və qəbul edilmiş qərarların icrasının təmin olunması istiqamətində struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin