
OYU-da yaradıcı tələbələr üçün müsabiqə keçiriləcək
Ali təhsil müəssisələrində tələbələrin fərdi bacarıqlarının inkişafına yönəlmiş mədəni-kütləvi tədbirləri və universitet mühitindəki sosial layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, ali məktəblərdə tələbə təşkilatlarının fəaliyyətindən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universiteti və nəzdindəki Kollecin yaradıcı gəncləri üçün nəzərdə tutulan “İstedad sorağında – 2026/2027” adlı seçim müsabiqəsinə start verilir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbir tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq və onları universitet miqyaslı layihələrdə səhnə təcrübəsinə cəlb etmək məqsədi daşıyır. Müsabiqədə ali məktəbə və kollecə yeni qəbul olan birinci kurs tələbələri, eləcə də indiyədək bu formatda keçirilən tədbirlərdə yer almamış istedadlı gənclər qüvvəsini sınaya bilərlər. İştirakçılar aşağıdakı nominasiyalar üzrə çıxış etmək imkanı qazanacaqlar:
Bədii qiraət və aparıcılıq (natiqlik)
Musiqi
Aktyorluq sənəti
Rəqs
Seçim turu 5 oktyabr 2026-cı il tarixində, saat 11:30-dan 15:00-dək təhsil ocağının Akt zalında təşkil olunacaq.
Əlavə məlumat və qeydiyyat üçün tələbələr 050 444 23 65 nömrəsi, oyuthik@gmail.com elektron poçt ünvanı və ya @oyu_thik instaqram səhifəsi vasitəsilə Tələbə Həmkarlar İttifaqı Komitəsinə müraciət edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin