
Müəllimlər üçün psixoloji dayanıqlıq mövzusunda vebinar keçiriləcək
Müəllimlərin adaptasiyası, peşəkar inkişaf görüşləri və maarifləndirici vebinarlar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, gənc kadrların peşəkar hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) pedaqoji fəaliyyətə yeni qədəm qoyan müəllimlərə dəstək məqsədilə Adaptasiya Proqramı çərçivəsində növbəti maarifləndirici görüşünü təşkil edir.
Proqramın budəfəki vebinarı “Psixoloji dayanıqlıq və emosional rifah” mövzusuna həsr olunub. Tədbirin əsas hədəfi yeni işə qəbul edilmiş gənc müəllimlərin peşə fəaliyyətində üzləşdikləri ilkin çətinlikləri daha asan və səmərəli şəkildə dəf etmələrinə kömək göstərmək, onların emosional rifahını qorumaq və mənəvi-psixoloji dözümlülüklərini artırmaqdır.
Vebinarın spiker və ekspert heyəti:
Moderator: Səltənət Qurbanova — AGMA-nın sədr müavini, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) aparıcı metodisti, Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi;
Pərvinə Qədimova — Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, ARTİ-nin baş metodisti;
Aydan Səfərli — ARTİ Təhsil Texnologiyaları Mərkəzinin psixoloqu.
Tədbir 5 oktyabr tarixində, saat 16:00-da AGMA-nın rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayım formatında baş tutacaq. Maraqlanan müəllimlər və pedaqoji ictimaiyyət nümayəndələri canlı yayıma qoşularaq müzakirələrdən faydalana bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin