
MDU-da ödənişsiz IELTS kursları keçiriləcək
Tələbələrin qlobal təhsil və beynəlxalq karyera imkanlarını, ali məktəblərdə dil hazırlığına yönəlmiş akademik təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, universitetlərdə tədris prosesi və təhsil sektorundan xəbərdar olmaq üçün bizi izləyin.
Mingəçevir Dövlət Universiteti gənclərin xarici dil bacarıqlarını gücləndirmək və beynəlxalq imtahanlara hazırlığını dəstəkləmək məqsədilə ödənişsiz “IELTS” və “Pre-IELTS” hazırlıq dərslərinə start verir.
Direktor.az xəbər verir ki, bu barədə MDU-dan bildirilib. Layihə gənclərə xaricdə təhsil almaq, yeni karyera perspektivləri qazanmaq və peşəkar inkişaf yolu ilə beynəlxalq sertifikat əldə etmək üçün imkanlar yaradacaq.
Tədris prosesi peşəkar müəllim heyəti — Arzu Əliyeva, Mehriban Şirəliyeva, Fidan İsayeva və Nərminə Əliyeva tərəfindən aparılacaq.
Tamamilə təmənnasız əsaslarla keçirilən dərslərdə iştirak etmək və təqdim olunan imkandan yararlanmaq istəyənlər müvafiq onlayn qeydiyyat formasını - https://forms.gle/Q8osEaSGM1iHWroF6 dolduraraq müraciət edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin