
OYU-nun prorektoru Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi ilə görüşüb
Ali təhsil müəssisələri ilə dövlət qurumları arasındakı tərəfdaşlıq layihələri, və universitet həyatına dair bütün yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsində karyera planlaşdırılmasından xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin Strateji inkişaf, karyera və məzunlarla iş üzrə prorektoru, professor Elşad Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Xidmətin digər rəsmiləri ilə görüş keçirib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Konstruktiv müzakirələr şəraitində baş tutan görüşdə müxtəlif istiqamətlər üzrə görülmüş işlər, əldə olunan nəticələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları müzakirə olunub.
Professor Elşad Məmmədov görüşün təşkilinə və göstərilən dəvətə görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin