
BMU tələbələri “Milla Dairy” süd emalı zavodunda infoturda
Universitet-sənaye əməkdaşlığı, praktiki kadr hazırlığına dair yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki praktiki addımlardan xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin 4-cü kurs tələbələri “Milla Dairy” süd emalı zavoduna səfər ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Səfərin əsas məqsədi tələbələrin nəzəri biliklərini müasir sənaye mühitində möhkəmləndirmək, gələcək istehsalat təcrübələri üçün müəssisənin iş prinsipləri barədə təsəvvürlərini genişləndirmək olub.
İnfotur zamanı tələbələr istehsalatda istilik və soyutma rejimlərinin idarə olunmasını, müasir qazanxana sistemlərinin iş prinsipini və hazır məhsulların keyfiyyətinin qorunması məqsədilə soyuducu anbarlarda müvafiq temperatur rejiminin təmin edilməsi prosesini izləyiblər.
Zavodun isitmə və soyutma sistemləri üzrə meneceri Fəhrad Hüseynov, təlim və inkişaf üzrə mütəxəssisi Elmar Kərimov və SƏTƏM üzrə aparıcı mütəxəssisi Nurlan Əmirzadə müəssisə haqqında geniş təqdimatla çıxış ediblər. Çıxışlarda mühəndislik qurğularının iş prinsipləri, avadanlıqlarda istifadə olunan soyuducu qazların növləri, enerji sərfiyyatı, istehsalatda təhlükəsizlik və əməyin mühafizəsi standartları və s. məsələlər haqqında ətraflı məlumat verilib. İş təcrübəsini bölüşən mütəxəssislər tələbələri maraqlandıran suallara da aydınlıq gətiriblər.
İnfoturun sonunda tələbələrə müəssisə tərəfindən hədiyyələr təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin