
SDU-da süni intellekt əsaslı təlim proqramı keçirilib
Ali təhsil müəssisələrində akademik heyətin peşəkar və beynəlxalq innovativ layihələrini izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil sistemi, universitetlərimizin beynəlxalq tərəfdaşlıqlardab xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universiteti və “Imperial English United Kingdom” şirkətinin birgə layihəsi olan “Süni intellekt əsaslı tədqiqat və akademik yazı təlimi proqramı”nın bağlanış mərasimi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Proqram çərçivəsində Sumqayıt Dövlət Universitetinin və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 100-dən çox əməkdaşı təlimlərdə iştirak edib. Təlimlərin yekununda iştirakçılar əldə etdikləri nəticələrə uyğun olaraq müvafiq sertifikatlara layiq görülüblər.
Tədbirdə SDU-nun rektoru, professor Nurəli Yusifbəyli süni intellekt texnologiyalarının elmi tədqiqat və akademik yazı prosesində əhəmiyyətini vurğulayaraq, belə təlimlərin əməkdaşların peşəkar inkişafına, elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və müasir texnologiyaların tətbiqinə mühüm töhfə verdiyini bildirib.
“Imperial English United Kingdom” şirkətinin Azərbaycan ofisinin rəhbəri Emil Abdurəhmanov layihənin məqsədləri, nəticələri və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verib.
Təlim iştirakçıları proqram çərçivəsində qazandıqları bilik və təcrübəni bölüşərək süni intellekt alətlərinin tədqiqat və akademik yazı prosesində tətbiqi imkanlarından danışıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin