
“Peşə təmayüllü təhsilin üstünlükləri” mövzusunda maarifləndirici görüş keçirilib
Məktəblərdə peşə təmayüllü siniflərin inkişafı, gənclərin əmək bazarına hazırlanması ilə bağlı bütün xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil müəssisələrinin fəaliyyəti, peşəyönümü təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Mil-Muğan Regional Təhsil İdarəsinin və Saatlı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Saatlı şəhəri Məşədi Əzizbəyov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Peşə təmayüllü təhsilin üstünlükləri” mövzusunda maarifləndirici görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan RTİ-dən bildirilib. Görüş zamanı iştirakçılara peşə təmayüllü təhsilin mahiyyəti və üstünlükləri, müasir dövrdə peşə bacarıqlarının əhəmiyyəti, peşə təhsilinin zəruriliyi və bu sahənin gələcək perspektivləri barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlərin maraq və bacarıqlarına uyğun peşə seçiminin vacibliyi, müxtəlif ixtisaslar üzrə təhsil imkanları, qəbul prosesi və gələcək məşğulluq perspektivləri diqqətə çatdırılıb.
Bildirilib ki, peşəyönümlü təhsil şagirdlərin yalnız nəzəri biliklərə deyil, eyni zamanda praktik bacarıqlara yiyələnməsinə, əmək bazarının tələblərini daha yaxından tanımasına və gələcək peşə fəaliyyətinə hazırlanmasına imkan yaradır. Bu baxımdan, şagirdlərin erkən yaşlardan etibarən peşələr haqqında məlumatlandırılması, onların fərdi maraq və potensiallarının düzgün istiqamətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Görüş çərçivəsində məktəbdə çilingər peşəsi üzrə təhsil alan şagirdlərin dərs prosesi də izlənilib. İştirakçılar tədris prosesində tətbiq olunan praktiki fəaliyyətlərlə tanış olub, şagirdlərin hazırladıqları əl işlərinə baxış keçiriblər. Şagirdlərin qazandıqları bacarıqlar və hazırladıqları nümunələr peşə təhsilinin praktiki əhəmiyyətini əyani şəkildə nümayiş etdirib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin