
Zaqatala rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub
Təhsil idarələrində kadr təyinatları, və təhsil sistemindəki rəsmi xəbərləri izləmək üçün direktor.az-a abunə olun. İdarəetmədə keyfiyyət dəyişiklikləri və ölkəmizin təhsil gündəmindəki hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 13-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın müvafiq əmri ilə Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunmuş Mirzəyeva Mehparə Ramazan qızı kollektivə təqdim olunub.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala RTİ-dən bildirilib. Təqdimatda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, rayon təhsil sektorunun əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Günay Mahmudova Mehparə Mirzəyevanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, təhsil sahəsində qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin səmərəliliyinin artırılması və təhsil müəssisələri ilə işgüzar əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Mehparə Mirzəyeva göstərilən etimada görə təşəkkürünü bildirərək üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək, qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində səylə çalışacağını qeyd edib.
Qeyd edək ki, “Tərəqqi” medalı ilə təltif olunmuş Mehparə Mirzəyeva uzun illər şəhid qardaşı Zəfər Murtuzəliyevin adını daşıyan Zaqatala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib. 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının elm və təhsil nazirinin əmri ilə həmin məktəbə direktor təyin olunub. 19 mart 2024-cü il tarixdən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin