
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib
Ali və orta ixtisas təhsili məzunlarının ixtisasartırma imkanları, DİM-in rəsmi imtahan cədvəllərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki qiymətləndirmə standartları, qeydiyyat tarixləri və rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi 25 oktyabr peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə təşkil olunur. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahanda 524 nəfər iştirak edib. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlanıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olurlar. Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

