
Tibb Universitetinin tələbəsi “Qızıl Payız Qaçış Festivalı”nda uğur qazanıb
Təhsil müəssisələrinin fəaliyyəti, festivlları izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki qələbələr, beynəlxalq təcrübə mübadilələri və rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi idman ustası, “Tərəqqi” medallı, Əməkdar məşqçi Sadıq Sadıqovun 72-ci ildönümünə həsr olunmuş “Qızıl Payız Qaçış Festivalı”nda iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalda 206 iştirakçı 12 kilometrlik qaçış məsafəsində mübarizə aparıb.
ATU-nun I Müalicə-profilaktika fakültəsinin tələbəsi Məhsa Palar yarışda qadınlar arasında ümumi sıralamada VII yeri tutaraq uğurlu nəticə göstərib.
Festival idmanın təbliği, sağlam həyat tərzinin təşviqi və atletika ənənələrinin yaşadılması baxımından əhəmiyyət daşıyıb. Belə idman tədbirlərində tələbələrin iştirakı onların fiziki hazırlığının, iradə və dözümlülük keyfiyyətlərinin inkişafına, eləcə də fəal həyat tərzinə marağının artmasına töhfə verir. Bu baxımdan, festival Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsədə – Sağlam həyat və rifaha uyğun olaraq, fiziki fəallığın artırılmasını və sağlam həyat tərzinin təşviqini dəstəkləyir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

