
Azərbaycan Gənc Müəllimlər Assosiyası intellektual yarışlarda uğur qazanıb
İntellektual oyunlar, müəllim və şagirdlərin dünyagörüşünün, komanda ruhunun inkişaf etdirilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizdəki intellektual yarışlar, layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabr ayında “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə keçirilən intellektual oyunlar üzrə çempionatlarda Azərbaycan Gənc Müəllimlər Assosiyasının (AGMA) komandası uğurlu nəticələri ilə yadda qalıb.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. 11 oktyabr tarixində keçirilən Xəmsə Milli İntellektual Oyunu üzrə çempionatda komandamız 16 komanda arasında 5-ci yeri tutub.
25 oktyabr tarixində təşkil olunan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Respublika çempionatında isə AGMA komandası əzmkarlıq və bilik nümayiş etdirərək 2-ci yerə layiq görülüb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

