
BMU tələbələri sərgi və konsert proqramı təqdim ediblər
Təhsildə innovativ təlimləri, ali təhsil müəssisələrində təşkil olunan sərgiləri izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, müasir pedaqoji tendensiyalar və təhsil sistemində keçirilən layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Şəhər R.Axundov adına Mədəniyyət Evində Bakı Mühəndislik Universitetinin (BMU) memarlıq və şəhərsalma ixtisasları tələbələrinin əl işlərindən ibarət sərgi və konsert proqramı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbir 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində BMU və Buzovna Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir iştirakçıları BMU tələbələrinin əl işləri ilə tanış olublar. Sərgidə nümayiş etdirilən nümunələrdə ənənəvi memarlıq elementləri ilə müasir şəhərsalma yanaşmalarının vəhdəti, gənclərin estetik baxışları və milli-mədəni irsə münasibəti əks olunub. Tələbələrin müasir şəhər infrastrukturu, tarixi binaların bərpası və ekoloji yaşayış kompleksləri mövzusunda hazırladıqları maket və layihələr böyük maraqla qarşılanıb. Buzovna Bələdiyyəsinin sədr müavini Təbriz Ağayev çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb, gənclərin yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi və milli memarlıq irsinin təbliğinin vacibliyini diqqətə çatdırıb.
Sərgidən sonra tədbir BMU tələbələrinin konsert proqramı ilə davam edib. Tələbələr xalq mahnıları və rəqs nömrələri təqdim ediblər. Milli geyimlərdə təqdim olunan folklor rəqsləri və tələbə xorunun ifa etdiyi vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Yekunda BMU-nun Bədii yaradıcılıq bölməsinin rəhbəri və konsert proqramının quruluşçu rejissoru Zəminə Axundovaya Buzovna Bələdiyyəsi tərəfindən Təşəkkürnamə təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

