
Dövlət qulluğu imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər
İmtahan tarixləri, qiymətləndirmə mexanizmlərindəki dəyişiklikləri izləmək üçün direktor.az-a abunə olun. Buraxılış və qəbul imtahanlarına hazırlıq qaydalarından xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət qulluğu vəzifələrinin A və B növü üzrə noyabrın 5-də keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İnzibati dövlət qulluğu vəzifələrinin A (AB,AC) və B (BA, BB) növü üzrə 5 noyabr 2026-cı il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" - https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login xidməti vasitəsi ilə əldə edə bilərlər. Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

