
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş keçirilib
Ali təhsil ocaqlarımızın qlobal elmi əməkdaşlığı, beynəlxalq tədqiqat layihələrini izləmək üçün direktor.az-a abunə olun. Ölkəmizin akademik mühiti və təhsil sistemindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin təşəbbüsü ilə Azərbaycana dəvət olunmuş əcnəbi tədqiqatçılar Qarabağ Universitetində olublar.
Direktor.az xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanı, Misir, İraq və ABŞ-dan olan tədqiqatçılar iştirak ediblər. Görüş zamanı onların Azərbaycana dair araşdırma istiqamətləri, ölkənin tarixi və mədəni irsinin öyrənilməsi, eləcə də Azərbaycan təcrübəsinin beynəlxalq elmi müstəvidə tanıdılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədqiqatçıların elmi araşdırmaları Azərbaycanda ədəbiyyatın multikulturalizm və birgəyaşayışa töhfəsi, ümumdünya irsi, Azərbaycan tarixi və ədəbiyyatı, habelə sənətkarlıq ənənələri və qeyri-maddi irsin yaradıcı iqtisadiyyatdakı rolu mövzularını əhatə edir. Bu istiqamətlər üzrə araşdırmalar Ahmed Tabaji (Səudiyyə Ərəbistanı), Ahmed Tarabeik (Misir), Sabah Abdullah Kirkuki (İraq) və Nicolai Wacht (ABŞ) tərəfindən aparılır.
Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin rektoru Şahin Bayramovla da görüşüblər. Görüşdə universitetin fəaliyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin