
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil tələbə kreditləri ilə bağlı görüş keçirilib
Tələbə kreditlərinin sosial və standart növləri, müraciət şərtləri, barədə məlumatlar üçün direktor.az-a abunə olun. Təhsilalanların inkişafı, maliyyə imkanlarının genişləndirilməsindən xəbərdar olmaq üçün bizi izləyin.
.Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin təhsil tələbə kreditləri barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirici görüş təşkil olunub.
Direktor.az xəbər verir ki, görüşdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Emin Şeydayev və Novruz İsmayılov tərəfindən ödənişli ixtisaslarda təhsil alan tələbələrə təhsil tələbə kreditinin sosial və standart növləri, kreditdən yararlanmaq üçün tələb olunan şərtlər, müraciət və rəsmiləşdirmə prosesi, geriödəmə qaydaları və tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib.
Həmçinin 2026–2027-ci tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət qaydaları diqqətə çatdırılıb.
Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin