
Qarabağ Universitetində “Vergi hüquq münasibətlərinin spesifik xüsusiyyətləri”-nə aid təlim keçirilib
Ali təhsil müəssisələrində dövlət qurumları ilə tərəfdaşlıq, tələbələrin peşəkar biliklərinin artırılması ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sistemindəki akademik tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Qarabağ Universiteti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində tələbələr üçün “Vergi hüquq münasibətlərinin spesifik xüsusiyyətləri” mövzusunda görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini, hüquq elmləri doktoru Mirəli Kazımov, Tədris Mərkəzinin şöbə rəisi, professor Nazim Əliyev, eləcə də universitetin tələbələri iştirak ediblər.
Mirəli Kazımov vergi hüquq münasibətlərinin hüquqi əsasları, onların spesifik xüsusiyyətləri və vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranan hüquqi münasibətlər barədə məlumat verib. O, vergi qanunvericiliyinin düzgün tətbiqinin, vergi öhdəliklərinin mahiyyətinin anlaşılmasının və bu sahədə hüquqi biliklərin artırılmasının əhəmiyyətini vurğulayıb.
Nazim Əliyev isə çıxışında vergi hüququnun nəzəri və praktiki aspektlərinə toxunub. O, vergi hüquq münasibətlərinin tənzimlənməsi, müvafiq qanunvericiliyin tətbiqi və bu sahədə mütəxəssis hazırlığının əhəmiyyəti barədə danışıb.
Görüş sual-cavab sessiyası ilə davam edib. Tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıb, müzakirələrdə iştirak edərək vergi hüququ sahəsində biliklərini genişləndirmək imkanı əldə ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin