
Qarabağ Universitetinin iştirakı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş konsert proqramı keçirib
Qarabağda gerçəkləşən əlamətdar tədbirləri, ali təhsil ocaqlarının mədəni təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Azad olunmuş torpaqlarımızdakı təhsil və mədəniyyət quruculuğunu, rəsmi elanları və operativ xəbərləri qaçırmamaq üçün bildirişləri aktiv edin.
Şuşada Milli Musiqi Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qarabağ Universitetindən bildirilib.
18 sentyabr – Milli Musiqi Günü münasibətilə Şuşa şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin qarşısında geniş konsert təşkil olunub. Tədbir Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutub.
Konserti universitetin kollektivi ilə yanaşı, Şuşa şəhər ictimaiyyətinin nümayəndələri və mədəniyyət paytaxtının qonaqları maraqla izləyiblər.
Musiqili proqram çərçivəsində milli musiqi xəzinəmizin bənzərsiz nümunələri səsləndirilib. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı və Tofiq Quliyev kimi korifey sənətkarların ölməz əsərləri "Cadenza" orkestri və istedadlı solistlərin ifasında təqdim edilib.
Təşkil olunan konsert Azərbaycanın zəngin musiqi irsinin təbliği, çoxəsrlik ənənələrin yaşadılması və gənc ifaçıların yaradıcılıq bacarıqlarının nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Məlumat üçün bildirək ki, 18 sentyabr peşəkar bəstəkarlıq məktəbimizin banisi, böyük mütəfəkkir və musiqişünas Üzeyir Hacıbəylinin anadan olduğu gündür və bu tarix ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü kimi qeyd edilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin