
Qazax-Tovuz məktəblərində şagirdlər üçün maarifləndirici görüş keçirilib
Təhsil müəssisələrində şagirdlərin inkişafına və maarifləndirilməsinə yönəlmiş sosial tədbirlərdən üçün direktor.az-a izləyin. Ölkəmizin təhsil həyatındakı aktual yenilikləri, rəsmi elanlardan xəbərdar olmaq üçün direktor.az-a abunə olun.
Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbində IX–XI sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Görüş Qazax rayon prokurorluğunun tədbirlər planı çərçivəsində təşkil olunub. Tədbirə aidiyyəti qurumların əməkdaşları, müvafiq komissiyaların üzvləri, müəllimlər, şagirdlər, valideynlər, kənd ağsaqqalları, ziyalılar və media nümayəndələri də qatılıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Rəcəb Babaşov yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunmasında maarifləndirmənin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə diqqətindən, həyata keçirilən layihə və dövlət proqramlarından danışaraq, görüşün narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan maarifləndirmə məqsədlərinə xidmət etdiyini bildirib.
Görüşdə narkomaniyanın zərərləri, erkən nikahın qarşısının alınması, məişət zorakılığı, hərbi xidmətə çağırış və yeniyetmələrin hüquqi məsuliyyəti barədə məlumat verilib. Şagirdlərin dərsə davamiyyəti və risk qrupuna daxil olan uşaqlarla aparılan işlər müzakirə olunub, onların sağlam inkişafında, hüquqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində ailə, məktəb və aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

