
Şərqi Zəngəzur məktəblərində dərs dinləmələr keçirilib
Təhsil müəssisələrindəki pedaqoji müşahidələr və yeniliklərlə bağlı ən son xəbərlər üçün direktor.az-a abunə olub. Təhsil həyatındakı bütün aktual məlumatları qaçırmamaq bizi izləyin.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dərsdinləmələr davam edir.
Direktor.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib. Təhsilalanların nailiyyətlərinin yüksəldilməsi və tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində dərsdinləmələr mütəmadi olaraq davam etdirilir.
Dərsdinləmələr zamanı müəllimlərin dərs prosesinin təşkili, müasir təlim metodlarından istifadə bacarıqları, dərsə hazırlıq səviyyəsi və şagirdlərin fəal iştirakının təmin olunması diqqət mərkəzində saxlanılır.
Eyni zamanda, müşahidələrin nəticələri əsasında müəllimlərin peşəkar inkişaf istiqamətləri müəyyənləşdirilir, metodiki dəstəyin göstərilməsi və fərdi inkişaf ehtiyaclarının qarşılanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
