
Qazaxıstanda Azərbaycanın ali təhsil imkanları təqdim olunub
Qlobal təhsil sərgiləri və ali məktəblərimizin beynəlxalq layihələrini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin qlobal fəaliyyəti, qəbul qaydalarından xəbərdar olmaq üçün bizi izləyin.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.
Direktor.az xəbər verir ki, sərgidə ziyarətçilərə Azərbaycanın ali təhsil müəssisələrində əcnəbi tələbələr üçün təklif olunan akademik proqramlar, qəbul qaydaları və təqaüd imkanları barədə məlumat verilib. Hər iki şəhərdə keçirilən sərgilərə ümumilikdə 3000-dən çox ziyarətçi qatılıb. Səfər çərçivəsində Astana və Almatı şəhərlərindəki ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycanda təhsil almaq imkanları, universitetlərə qəbul prosesi, ixtisas seçimi və əcnəbi tələbələrə göstərilən dəstək barədə ətraflı məlumat təqdim olunub, şagirdlərin sualları cavablandırılıb.
Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətin davamı olaraq, qarşıdakı günlərdə Qırğızıstanın Bişkek və Özbəkistanın Daşkənd şəhərlərində keçiriləcək təhsil sərgilərində iştirak və görüşlərin təşkili nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin