
SDU tələbələri Mərkəzi Nəbatat Bağına elmi-tanışlıq ekskursiyası ediblər
Ali təhsil müəssisələrində nəzəri dərslərin praktika ilə uzlaşdırılması, tələbələrin maarifləndirici səfərlərini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdə tədris prosesi, tələbə təcrübələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetinin (SDU) Biologiya və Ekologiya kafedralarının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə müəllim və tələbələrin Mərkəzi Nəbatat Bağına elmi-tanışlıq ekskursiyası təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Xüsusilə birinci kurs tələbələrinin iştirak etdiyi ekskursiyanın məqsədi nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsi, yerli və introduksiya olunmuş bitki növlərinin öyrənilməsi, tələbələrin biomüxtəliflik və ətraf mühitin mühafizəsi ilə bağlı biliklərinin artırılması olub.
Ekskursiya zamanı tələbələr Azərbaycanın və dünyanın müxtəlif coğrafi ərazilərinə məxsus bitki nümunələri, eləcə də nadir və endemik ağac və kol növləri ilə tanış olublar. Kafedra müəllimləri tərəfindən açıq havada keçirilən interaktiv mühazirələrdə bitkilərin morfoloji xüsusiyyətləri, ekosistemdəki rolu və nadir növlərin genofondunun qorunması məsələləri barədə ətraflı məlumat verilib.
Sonda Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri, dosent Əli Cəfərov tələbələrlə görüşərək onlara tövsiyələrini verib, bitki müxtəlifliyinin qorunmasının və təbiətə məsuliyyətli münasibətin əhəmiyyətini vurğulayıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin