
Quba-Xaçmaz RTİ-nin məktəblərində sertifikatlaşdırma ilə bağlı görüş keçirilib
İmtahanların təşkili, müəllimlərin sertifikatlaşdırılması qaydalarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki qiymətləndirmə standartları, kadr hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlılığının artırılması məqsədilə məlumatlandırıcı görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüş zamanı sertifikatlaşdırma prosesinin məqsədi, mərhələləri və məzmunu barədə ətraflı məlumat verilib, qiymətləndirmə çərçivəsi müzakirə olunub. Həmçinin, sertifikatlaşdırma imtahanı zamanı kompüterdən istifadə və texniki prosedurlarla bağlı məsələlərə aydınlıq gətirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Psixoloqun iştirakı ilə sertifikatlaşdırma ərəfəsində yaranan həyəcan və narahatlığın azaldılması, emosional hazırlığın və özünəinamın gücləndirilməsi istiqamətində tövsiyələr verilib. Görüşdə ümumilikdə 159 təhsilverən iştirak edib. Tədbirin əsas məqsədi təhsilverənlərin sertifikatlaşdırma prosesi barədə məlumatlılığını artırmaq, onları qiymətləndirmə çərçivəsi ilə tanış etmək və imtahana hazırlıq prosesinə dəstək göstərmək olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

