
UNEC-dən yeni təşəbbüs
Ali təhsil müəssisələrində tətbiqi layihələr, tələbə hakatonlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəsissələrinin innovativ təşəbbüsləri, praktiki inkişafından xəbərdar olmaq üçün bizi izləyin.
Universitet yalnız bilik və təhsil məkanı deyil, həm də yeni ideyaların yarandığı, milli dəyərlərin gələcəyə daşındığı, ictimai düşüncənin inkişaf etdiyi bir mərkəzdir. Bu missiyadan çıxış edən UNEC “Gələcəyi birlikdə düşünək!” adlı yeni layihəyə start verərək cəmiyyətin fərqli baxışlarını, müxtəlif nəsillərin təcrübə və düşüncələrini bir araya gətirir.
Direktor.az xəbər verir ki, oktyabrdan may ayınadək davam edəcək layihə çərçivəsində hər ayın son çərşənbə axşamı aktual mövzular müzakirəyə çıxarılacaq. Cümə günü isə səsləndirilən fikirlər ümumiləşdirilərək ictimaiyyətlə paylaşılacaq. Layihənin sonunda isə müzakirələrin nəticələri “Gələcəyə baxış: Cəmiyyət nə düşünür?” adlı rəqəmsal platformada ictimaiyyətə təqdim olunacaq.
Layihənin ilk müsahiblərini 27 oktyabr saat 19:00-da UNEC-in sosial media hesablarında izləmək mümkündür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

