
Tibb Universitetinin hərbi tibb kursantları rəsm sərgisində mükafatlandırılıb
Təhsildə innovativ təlim strategiyalarının tətbiqi, ali təhsil müəssisələrində təşkil olunan forumları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, müasir pedaqoji tendensiyalar və təhsil sistemində keçirilən layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin kursantları Bəsti Sədrova və Aytac Əliyeva Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən “Vətən, Ordu və Milli dəyərlər” adlı rəsm sərgisində fəal iştiraklarına və nümayiş etdirdikləri yaradıcılıq nümunələrinə görə diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sərgi gənclərin və hərbi qulluqçuların vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərin təbliği və onların yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə təşkil edilib. ATU-nun kursantları - B. Sədrova və A.Əliyevanın təqdim etdikləri rəsm əsərlərində Vətənə məhəbbət, Azərbaycan Ordusunun qüdrəti, xalqımızın qəhrəmanlıq salnaməsi və milli-mənəvi dəyərləri bədii ifadəsini tapıb. Onların əl işləri həm rəsm texnikası, həm də mövzuya yaradıcı yanaşmaları ilə diqqət çəkib.
Sərgini ziyarət edən incəsənət nümayəndələri gənclərin əsərlərinə böyük maraq göstəriblər. Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov və İttifaqın digər tanınmış üzvləri, eləcə də incəsənət xadimləri kursantların yaradıcılığını yüksək qiymətləndiriblər. Mütəxəssislər onların yalnız gələcəyin peşəkar hərbi tibb mütəxəssisləri kimi deyil, eyni zamanda, yüksək estetik zövqə və yaradıcı potensiala malik şəxsiyyətlər kimi formalaşmasının əhəmiyyətini vurğulayıblar.
Sərginin sonunda fərqlənən iştirakçıların mükafatlandırılması mərasimi keçirilib. B.Sədrova və A.Əliyeva “Vətən, Ordu və Milli dəyərlər” mövzusunu əsərlərində dolğun əks etdirdiklərinə görə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 4-cü məqsəd — Keyfiyyətli təhsil və 16-cı məqsəd — Sülh, ədalət və güclü institutlar ilə uzlaşır. Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və milli-mənəvi dəyərlərin təşviqi hərtərəfli təhsilin inkişafına, sülh və vətənpərvərlik mədəniyyətinin möhkəmlənməsinə xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

