
Sertifikatlaşdırmaya dair görüşlər keçirilib
Məktəbəqədər təhsildə keyfiyyət göstəriciləri, pedaqoji heyətin əməyinin stimullaşdırılmasını izləmək üçün direktor.az-a abunə olun. Sertifikasiya prosesindəki yeniliklər, dəstək tədbirlərindən məlumatlı olmaq üçün bizi izləyin.
Goranboy, Göygöl və Daşkəsən rayonlarında məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərə dəstək məqsədilə sertifikatlaşdırmaya dair görüşlər keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Görüşlərdə yerli təhsil sektorlarının müdirləri, sektor əməkdaşları və tərbiyəçi-müəllimlər iştirak ediblər. Görüşlərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə söhbət açılıb. Sertifikatlaşdırmanın mərhələləri və məzmunu ilə bağlı fikirlər səsləndirilib, tərbiyəçi-müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verilib.
Həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, nümunə test tapşırıqları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

