
Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır
Şagirdlərin qatıla biləcəyi olimpiada prosesini, qeydiyyat qaydalarını izləmək üçün direktor.az-a abunə olun. İstedadlı şagirdlərin aşkar olunmasına xidmət edən müsabiqələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
03 noyabr saat 15:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılır.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeydiyyat 18 noyabr saat 15:00-dək davam edəcək. İştirakçılar https://portal.edu.az/ platformasına daxil olaraq, “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.
VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan və rus bölmələri ilə yanaşı, bu il ilk dəfə olaraq ingilis bölməsi üzrə təhsil alan şagirdlər də portalda müvafiq bölməni seçməklə qeydiyyatdan keçə biləcəklər. Tədris dili fərqli dillərdə olan şagirdlərə Respublika Fənn Olimpiadalarında Azərbaycan, rus və ya ingilis dillərindən birini seçərək imtahanda iştirak etmək imkanı yaradılacaq.
Respublika Fənn Olimpiadalarının əsas məqsədi şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
Qeydiyyat prosesi ilə bağlı hər hansı sual və ya çətinlik yaranarsa, MÜTDA-nın 146-2 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

