
Şəkidə peşə təhsilinin inkişafı müzakirə olunub
Peşə təhsili müəssisələrində yeni ixtisaslar üzrə kadr hazırlığı, və ölkəmizin maarif-təhsil sistemindəki hadisələri izləmək üçün direktor.az-a abunə olun. Peşə təlimlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Şəki şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Peşə Təmayüllü Siniflər Layihəsinin birgə təşkilatçılığı ilə forum keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Forum çərçivəsində altı məruzəçi əmək bazarının müasir tələbləri, peşə təhsilinin inkişafı, karyera imkanları, gələcəyin peşələri, rəqəmsallaşma və süni intellektin təhsildə tətbiqi mövzularında çıxış ediblər.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin düzgün peşə seçimi, müasir bacarıqların formalaşdırılması və karyera inkişafının dəstəklənməsi məsələləri müzakirə olunub. Forumun sonunda AGMA-nın Şəki şəhəri üzrə koordinatoru Kamran İsayev çıxış edərək tədbirin təşkilində və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Forumun əsas məqsədi təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, peşə təhsilinin imkanlarının təşviqi və gənclərin müasir əmək bazarının tələblərinə uyğun bacarıqlarla hazırlanmasına dəstək göstərmək olub. Tədbir təhsil, peşə hazırlığı və əmək bazarı arasında əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

