
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Məktəblərdə vətənpərvərlik ruhunun yüksəldilməsini, fəxri görüşləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyinə dair ən son xəbərlər, nümunəvi layihələrdən məlumatlı olmaq üçün bizi izləyin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 3-də paytaxtdakı Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. Layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
