
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Universitet gənclərinin idman yarışlarını, tələbə nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Tələbə liqasının oyun nəticələri və ali təhsil sahəsindəki xəbərlərdən məlumatlı olmaq üçün bizi izləyin.
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Liqanın A qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyası və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub, oyun 3:2 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 7:4, Odlar Yurdu Universitetinin komandası ADA Universitetinin komandasına 6:1 hesabla qalib gəlib.
Liqanın B qrupunda qarşılaşan Bakı Slavyan Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 1:8 hesabla məğlub olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 1:0, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 8:1, Azərbaycan Texniki Universitetinin komandası Bakı Ali Neft Məktəbinin komandasına 2:0 hesabla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 15 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2027-cı ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

